Türkiyədə bütün xarici aviareyslər dayandırılır
İstanbul, 28 mart, AZƏRTAC
Türkiyədə koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində bütün xarici aviareyslərin dayandırılması ilə bağlı qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qeyd edilib ki, sabahdan etibarən ölkə daxilində şəhərlərarası səyahət yalnız valilik icazəsi ilə həyata keçiriləcək. Əsgərlər çağırış və tərxisdən əvvəl 14 günlük karantin müddətinə alınırlar. Ölkənin bütün şəhərlərində pandemiya mərkəzləri fəaliyyətə başlayıb.
Türkiyə Prezidenti bu qərarların daha da sərtləşdirilməməsi üçün hər bir vətəndaşın bir müddət özünütəcrid şəraitində yaşamasının vacibliyini vurğulayıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]