Türkiyədə kibercasusluqla məşğul olan 11 nəfər həbs edilib
Ankara, 13 avqust, AZƏRTAC
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Jandarma Qüvvələri komandanlığı və Milli Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (USOM) mütəxəssisləri ilə birlikdə kibercasusluqla məşğul olan şəxslərin müəyyən edilməsi üzrə birgə əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, əməliyyat çərçivəsində dünyanın müxtəlif ölkələrinin minlərlə sakininin şəxsi məlumatlarının sonradan ayrı-ayrı qurumlara, o cümlədən terror təşkilatlarına satmaq məqsədi ilə qanunsuz toplanması ilə məşğul olan 11 nəfər saxlanılıb.
Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, cinayət qrupları üçün xüsusi əhəmiyyət kəsb edən məlumatlar hakerlərin cinayətkar şəbəkəsinin əlinə keçib.
MİT əməkdaşları uzun müddətdir kibercasusluq qrupuna daxil olan şəxslərin fəaliyyətini izləyir. Nəticədə onların hamısı saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib və həmin şəxslərin açdıqları bir sıra internet resurslarına giriş bağlanılıb.
Türkiyənin xüsusi xidmət orqanlarının nümayəndələri ölkə hüdudlarından kənar da daxil olmaqla, kibercinayətkarlıqla daha fəal mübarizə aparmaq əzmində olduqlarını vurğulayıblar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]