Türkiyəli astronavt Alper Gezeravcı sabah Yerə qayıdacaq
Bakı, 2 fevral, AZƏRTAC
Türkiyəli astronavt Alper Gezeravcı fevralın 3-də Türkiyə vaxtı ilə 14:00-da Yer planetinə doğru yola çıxacaq.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə saat 17:50-də Alper Gezeravcının da daxil olduğu Ax-3 komandası ilə vidalaşma mərasimi keçiriləcək. Mərasim “Axiom Space”nin sosial media hesablarında canlı yayımlanacaq.
Alper Gezeravcı və komandasının sabah Türkiyə vaxtı ilə saat 14:00-da Beynəlxalq Kosmik Stansiyadan ayrılacağı gözlənilir. Yerə qayıdış 12 saat çəkəcək. Planlaşdırılan eniş ABŞ-ın Florida ştatının şərqində Atlantik okeanında və qərbdə Meksika körfəzində yerləşən yeddi potensial eniş nöqtəsindən birində həyata keçiriləcək.
Qeyd edək ki, 2023-cü il sentyabrın 12-də NASA və “Axiom Space” Alper Gezeravcı da daxil olmaqla, “SpaceX AX-3” kommersiya missiyasının ekipajının formalaşdırıldığını elan edib. 2024-cü il yanvarın 18-də türkiyəli astronavt missiyanın mütəxəssisi qismində “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya uçub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]