Türkiyənin iki klubu avrokuboklarla vidalaşıb, digəri Konfrans Liqasına düşüb
Bakı, 28 avqust, AZƏRTAC
Türkiyənin üç komandası – “Samsunspor”, “Beşiktaş” və “Başakşəhər” avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarına çıxıb.
AZƏRTAC xəbər verir ki, Avropa Liqasında mübarizə aparan Samsun klubu səfərdə 1:2 hesabı ilə məğlub olduğu Yunanıstanın “Panatinaikos” kollektivini qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bununla da ev sahibləri Konfrans Liqasının qrup mərhələsinə düşüb.
Konfrans Liqasında çıxış edən “Beşiktaş” birinci qarşılaşmada qollu heç-heçə (1:1) etdiyi İsveçrə “Lozanna”sına İstanbulda uduzaraq (0:1) mübarizəni dayandırıb.
Turnirdə digər komanda “Başakşəhər” isə səfərdə Rumıniyanın “Universitatea Krayova” klubunun qonağı olub. İlk görüşdə olduğu kimi, cavab matçında da rəqibinə məğlub olan (1:2; 1:3) “Başakşəhər” turnirlə vidalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]