Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
Ankara, 11 aprel, AZƏRTAC
Qardaş ölkənin Kayseri bələdiyyəsinin yüksəkvəzifəli şəxsləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri, alimlər və sahibkarların daxil olduğu nümayəndə heyəti aprelin 12-dən 14-dək Azərbaycanda səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, səfər Kayseri şəhərində fəaliyyət göstərən “Şuşa” Azərbaycan Evinin təşəbbüsü, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsinin aparatının dəstəyi ilə təşkil olunub.
“Şuşa” Azərbaycan Evinin rəhbəri Elşən Qənbərov bildirib ki, nümayəndə heyətinin tərkibinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TBMM-nin deputatları Hulusi Akar və Bayar Özsoy, Kayseri şəhər bələdiyyəsinin sədri Memduh Büyükkılıç, Erciyez Universitetinin rektoru Fatih Altun və başqaları daxildirlər.
Səfər iştirakçıları Bakıdakı görüşlərdən sonra Şuşaya da səfər edəcəklər.
Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]