Türkiyənin nazirləri Ukraynada danışıqlar aparacaqlar
Ankara, 12 mart, AZƏRTAC
Türkiyənin ticarət naziri Ömer Bolat və kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Kiyevdə səfərdə olacaq 25 türkiyəli sahibkardan ibarət nümayəndə heyətinə rəhbərlik edəcəklər.
AZƏRTAC Türkiyənin Ticarət Nazirliyinə istinadla xəbər verir ki, səfər proqramı çərçivəsində Türkiyə nazirlərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü də nəzərdə tutulub.
Əsas müzakirə mövzusu Ukraynanın müharibədən sonrakı bərpasına töhfədir.
Türkiyə nümayəndə heyəti Ukrayna Nazirlər Kabinetinin üzvləri, o cümlədən həmin ölkədə çalışan türkiyəli sahibkarlarla da danışıqlar aparacaq.
Türkiyə mətbuatı xəbər verir ki, türk inşaat şirkətləri son illərdə Ukraynada enerji, mənzil və körpü tikintisi sektorları da daxil olmaqla 1,2 milyard dollar dəyərində 100-ə qədər müxtəlif layihə həyata keçirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]