TÜRKİYƏNİN QARS ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ FOTOSƏRGİ AÇILACAQDIR
Ankara, 5 avqust (AZƏRTAC). Azərbaycanın Qarsdakı baş konsulluğundan bildirmişlər ki, avqustun 7-də Qarsın Qazi Əhməd Muxtar Paşa sərgi salonunda Xocalı soyqırımından bəhs edən forosərginin açılışı olacaqdır.
Sərginin təşkilatçısı Iğdırdakı Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyidir.
Baş konsulluğa gələn dərnəyin sədri Göksəl Gülbəy baş konsul Ayxan Süleymanov və Qars valisinin müavini Murad Dəmirçi ilə görüşərək sərgi barədə ətrafllı məlumat vermişdir. O bildirmişdir ki, sərginin eksponatları arasında Xocalı soyqırımını əks etdirən fotoşəkillərlə yanaşı, 1915-1918-ci illərdə Türkiyənin müxtəlif bölgələrində ermənilərin törətdikləri qətliamlardan bəhs edən kitab, jurnal, CD və broşürlər də vardır. Açılış mərasiminə gələnlər ermənilərin törətdikləri qətliamlar haqqında sənədli filmə də baxacaqlar.
Bundan əlavə, sərgi salonunun önündə “Qətliam törədənlərin mühakimə olunması üçün sən də bir işıq tut” şüarı yazılmış çadırda şamlar yandırılacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]