Türkiyənin ümumi qaz anbarlarının tutumu 6,3 milyard kubmetrə çatıb
Ankara, 22 noyabr, AZƏRTAC
Türkiyənin qaz anbarlarının ümumi aktiv tutumu 6,3 milyard kubmetrə çatıb. Biz qış mövsümünə tam hazırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar şənbə günü bildirib. Onun sözlərinə görə, görülən işlər sayəsində ölkənin iki ən böyük qaz anbarı olan “Duzlu göl” və “Silivri”nin “mavi yanacaq” tutumu 1,7 milyard kubmetr artırılıb. “Türkiyənin qaz anbarları hazırda 100 faiz doludur. İqtisadiyyatın və əhalinin fasiləsiz qaz təchizatının təmin edilməsi üçün əlimizdən gələni edirik”, - deyə A.Bayraktar əmin edib.
Energetika naziri, həmçinin daxili yataqlarda qaz hasilatının artırılmasının əhəmiyyətini qeyd edərək, 2026-cı ilin ortalarına qədər təkcə Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağından ölkənin qaz nəqli sisteminə gündə 20 milyon kubmetrə qədər qaz vurulacağının planlaşdırıldığını, bunun da 8,5 milyon müştərinin ehtiyaclarını ödəməyə imkan verəcəyini bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]