Tvinniq layihəsi üzrə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən Tvinninq proqramının “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” layihəsi çərçivəsində görüş təşkil olunub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə layihənin Daimi Tvinninq müşaviri Herbert Paulişin və baş mütəxəssis Ana Raduleşku bu ali təhsil ocağının sosial iş ixtisası üzrə üçüncü kurs bakalavr və ikinci kurs magistrlərlə istehsalat və elmi-tədqiqat təcrübəsinin təşkili, həmçinin görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.
Sonda layihə çərçivəsində sosial iş ixtisasında təhsil alan tələbələrin təcrübə semestrinə, o cümlədən yay tanışlıq təcrübəsinə dəstək veriləcəyi qərara alınıb.
Layihə çərçivəsində növbəti görüşlərin isə aprelin birinci ongünlüyündə keçiriləcəyi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]