“U-17 Avropa çempionatı Azərbaycan-2016” çərçivəsində görüşlər keçirilib
Bakı, 4 may, AZƏRTAC
“UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016” turnirinin yerli təşkilat komitəsinin əməkdaşları Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin şagirdləri ilə görüşlər keçiriblər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşlərin keçirilməsinin əsas məqsədi yetişməkdə olan gənc nəslin futbola marağını artırmaq, müvafiq təbliğat işləri aparmaq və U-17 çempionatı barədə şagirdləri məlumatlandırmaqdır.
Paytaxtın 46 ümumi təhsil müəssisəsində 3.700 nəfərədən artıq şagirdlə görüş keçirilib. Görüşlərdə ölkə çempionatında və yığma komandada çıxış edən futbolçular, eləcə də U-17 çempionatında çıxış edəcək gənclər və Bakıda keçiriləcək U-17 Avropa çempionatının səfiri, Əməkdar Artist Röya Ayxan da iştirak edib.
Görüşlər çərçivəsində çempionat barədə məktəblilərə məlumat verilib, onların sualları cavablandırılıb. Həmçinin U-17 Avropa çempionatı vasitəsilə uşaqların futbola, sağlam həyat tərzinə həvəsləndirilməsi, bu turnirə və komandamıza dəstək verməyin vacibliyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]