UEFA Çempionlar Liqası: “Bavariya” və “Atletiko” yarımfinalda
Bakı, 14 aprel, AZƏRTAC
Bu axşam UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin son iki cavab qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, matçlardan biri İspaniya, digəri isə Portuqaliyada oynanılıb. Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
“Benfika” (Portuqaliya) - “Bavariya” (Almaniya) - 2:2
“Atletiko” (İspaniya) - “Barselona” (İspaniya) - 2:0
Qeyd edək ki, ötən gün baş tutan ilk iki görüşdə yarımfinala “Real” və “Mançester Siti” komandaları vəsiqə qazanıb