UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
Bakı, 23 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qarşılaşmalar London və Turin şəhərlərində oynanılacaq. Türkiyəli hakim Cüneyt Çakırın idarə edəcəyi matçda “Arsenal” doğma meydanda İspaniyanın “Barselona” klubunu qəbul edəcək. Arda Turan bu gecə forma geyməyəcək. Buna səbəb türkiyəli yarımmüdafiəçinin ötən mövsüm “Atletiko”nun heyətində çıxış edərkən “Real Madrid”lə
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə qırmızı vərəqə almasıdır. “Barselona” qrup mərhələsini on dörd xalla birinci, “Arsenal” isə öz qrupunu doqquz xalla ikinci pillədə başa vurub.
Gecənin digər görüşündə isə “Yuventus” Münxenin “Bavariya” komandasını qəbul edəcək. Qarşılaşmanı ingiltərəli Martin Atkinson idarə edəcək. “Yuventus” qrup ikincisi (11 xal), Münxen klubu isə öz qrupunun lideri kimi (15 xal) səkkizdəbir finala yüksəlib. Məlum olub ki, İtaliya təmsilçisi matça itkilərlə çıxacaq. Komandanın əsas müdafiəçisi Corco Kyellini və Aleksa Sandro əzələlərində olan problem səbəbindən məşq prosesini buraxmalı olublar. Vaxtilə “Bavariya”da top qovan xorvatiyalı hücumçu Mario Mandzukiç isə bu gün meydana çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]