UKRAYNA İCMASININ OFİSİ AÇILMIŞDIR
Rusiya Federasiyasının və Ukraynanın Azərbaycandakı səfirləri Nikolay Ryabov və Boris Aleksenko, Bakı və Xəzəryanı Yeparxiyanın başçısı, Aleksandr ata “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova və başqaları çıxışlarında Azərbaycanda mehriban ailə kimi yaşayan xalqların hamısına bərabər hüquqlar verildiyini vurğuladılar, ümummilil liderimiz Heydər Əliyevin siyasətinin davamçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Ukrayna icmasının sədri A.Parxomenko Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Yaqub Əliyevə və binanın bərpasına kömək edən digər sponsorlara minnətdarlığını söylədi.
Ukrayna səfirliyi ofisə iki kompüter, Rusiya səfirliyi isə piano və musiqi mərkəzi hədiyyə etdi. Aleksandr ata Tanrıdan xeyir-dua dilədi və yeni ofisə Məryəm ana ikonasını və Azərbaycanın gerbini bağışladı.
Ofisin açılışında respublikanın milli icmalarının, kazakların, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.