Ukraynada 500-ə yaxın insan koronavirusa tutulub, 10 nəfər ölüb
Kiyev, 30 mart, AZƏRTAC
Ukraynada koronavirusa yoluxanların sayı 475 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb. Koronavirusa tutulan 6 nəfər müalicə olunaraq evə buraxılıb. 2264 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Ukraynanın 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan ölənlərin sayı isə 10 nəfərə çatıb.
Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]