Ukraynada azərbaycanlı tələbələrə və soydaşlarımıza maska və əlcək yardım edilib
Kiyev, 25 mart, AZƏRTAC
Ukraynada təhsil alan tələbələrimizə və işlə bağlı bu ölkədə olan soydaşlarımıza koronavirusdan qorunmaq üçün maska və əlcək yardımı edilib.
AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycanın Ukraynadakı səfirliyi, “SOCAR Energy Ukraine” şirkəti və diaspor təşkilatlarının birgə təşəbbüsü, dəstəyi ilə həyata keçirilib. Bu aksiya davamlı olaraq həyata keçiriləcək.
Qeyd edək ki, Ukraynada artıq 113 insan koronavirusa yoluxub. Ukraynanın 13 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan 4 nəfər həyatını itirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 23.06.2026 [18:28]
Milli Məclisin komitələri geniş qanunvericilik paketini nəzərdən keçirib
- 23.06.2026 [17:30]