UKRAYNADA YAŞAYAN AZƏRBAYCANLILAR ARTIQ ÖZ SEÇİMLƏRİNİ EDİBLƏR
Ukrayna Azərbaycanlıları Konqresi (UAK) bu ölkədə qeyri-legitim fəaliyyət göstərən “Bütöv Azərbaycan” cəmiyyətinin pozuculuq fəaliyyətindən narazılığını bildirir. UAK-ın “Azərbaycanın səsi” qəzetinin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə ünvanladığı müraciətdə deyilir ki, rəsmi qeydiyyatdan keçməyən və heç bir dövlət qurumu tərəfindən tanınmayan “Bütöv Azərbaycan” cəmiyyəti Ukraynada azərbaycanlılar arasında pozuculuqla məşğuldur. Bu qondarma cəmiyyət azərbaycanlıların prezident seçkilərində guya müxalifətdən olan namizədlərdən birinə səs verəcəyi barədə yalan məlumat yaymışdır.
UAK bəyan edir ki, Ukraynada yaşayan 500 mindən çox soydaşımız Azərbaycanda möhkəm siyasi sabitliyi təmin edən, ölkəni sosial-iqtisadi tərəqqiyə çatdıran mövcud siyasi xətti bəyənir və dəstəkləyir. Soydaşlarımız artıq öz seçimlərin ediblər. Onlar 15 oktyabrda Azərbaycanın Ukraynadakı səfirliyinə gələrək, xalqımızın ən layiqli namizədinə səs verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [16:24]
San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş
- 18.05.2026 [10:25]
Diaspor körpüsü: ABŞ-nin Corciya ştatında Azərbaycan icmasının toplantısı
- 06.05.2026 [11:44]
Azərbaycan və Vyetnam mədəni-humanitar əməkdaşlığı genişləndirir
- 24.04.2026 [19:26]