Ukraynalı deputat: Azərbaycan xalqının əksəriyyəti Prezidentinə etimad göstərir
Kiyev, 11 aprel, AZƏRTAC
Fransanın “Opinion Way” şirkətinin Prezident İlham Əliyevin son bir ildəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələri bir daha göstərir ki, o, Azərbaycan xalqının əsl lideridir. Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa söyləyib.
Deputat vurğulayıb ki, Azərbaycanda baş verən proseslər xalqın əksəriyyətinin öz Prezidentinə etimad göstərdiyini sübut edir. Azərbaycanda siyasi, sosial-iqtisadi sabitlik hökm sürür, ölkənin beynəlxalq aləmdə nüfuzu artmaqdadır. Azərbaycan iri layihələrin müəllifinə çevrilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]