Ukraynanın xarici işlər naziri Dmitro Kuleba istefa verib
Bakı, 4 sentyabr, AZƏRTAC
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba parlamentə istefa ərizəsini təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ali Radanın rəhbəri Ruslan Stefançuk bildirib.
“Ukrayna Ali Radasına xarici işlər naziri D.İ.Kulabadan istefa ərizəsi daxil olub. Müraciətə növbəti plenar iclasların birində baxılacaq”, – deyə o, Facebook sosial şəbəkəsində yazıb. İstefanın motivləri açıqlanmayıb. Ukrinform agentliyinin məlumatına görə, sentyabrın 3-də ədliyyə naziri Denis Malyuska, strateji sənaye naziri Aleksandr Kamışin, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişino və baş nazirin nəzarətsiz ərazilərin reinteqrasiyası məsələləri üzrə müavini İrina Vereşuk da qanunverici orqana istefa ərizələri təqdim ediblər.
Bundan əlavə, Ukrayna Prezidenti Volodimir Zelenski öz ofisinin rəhbərinin müavini Rostislav Şurmanı vəzifəsindən azad edib.