“Ulduz” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalının iyul-avqust nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, oxucular dərgidə ilk olaraq Nigar Arifin özü ilə söhbətini və şeirlərini oxuyacaqlar.
“Nəsr” rubrikasında Alpay Azər, Məmməd Məmmədli, Könül Məmmədova, Murad Köhnəqala, Mahir Rəsuloğlu, Vüsal Bağırlının hekayələri, Ayna Əhmədli və Arzu Muradın silsilə esseləri təqdim olunur. Bu rubrikada, həmçinin Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilmiş hekayə müsabiqəsi qaliblərinin ədəbi nümunələri də yer alıb.
Nəşrin "Şeir vaxtı", "Yazı masası", "Gənc yazarlar üçün nəzəriyyə dərsi", "Sələf-xələf" rubrikalarında maraqlı materiallar verilib.
"Dərgidə kitab"da Əvəz Qurbanlının şeirləri, "Dərgidə sərgi"də isə qrafik-rəssam Mayis Həsənlinin əsərləri təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]