Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülvi Bünyadzadə: Qəbirdə də Qarabağın özüyəm...

Ülvi Bünyadzadə: Qəbirdə də Qarabağın özüyəm...

Bütün məzarların üzərində ölüm tarixi 20 Yanvar 1990-cı il yazılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Bu yaxınlarda Azərbaycanda, Bakıda oldum. Səfərim zamanı bu şəhərin ən gözəl və gözəl yerlərini, tarixi abidələrini gəzdik. Bakı füsunkarlığı ilə məni valeh etdi. Dəniz sahilində sıralanan gözəl binalar, yamyaşıl yeni bağlar könlünüzü açacaq. Şəhərin ən uca yerində salınmış Şəhidlər xiyabanında da olduq. Mübaliğəsiz deyim ki, xiyabandakı məzar daşlarının üzərində yazılan adlar, onların doğum və ölüm tarixləri yaddaşıma əbədi həkk olundu. Çünki burada yatanların hamısı mənim həmyaşıdlarım idi... Məni müşayiət edən azərbaycanlı alim həmkarım Almaz Ülvi bu xiyabanın tarixindən danışanda gözlərimin yaşını saxlaya bilmədim.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunun böyük elmi işçisi dosent Gülnaz Səttarova bildirib. Ölkəmizdə səfərdə olmuş özbəkistanlı alim Şəhidlər xiyabanında da olub və öz təəssüratlarını qələmə alıb.

Bu ərazi 18-20 yaşlı gənclərin əsl məzarları idi. 1990-cı il yanvarın 20-də Bakıda keçirilən dinc nümayiş sovet qoşunları tərəfindən vəhşicəsinə yatırılarkən faciəli şəkildə həlak olan azərbaycanlı balalar burada dəfn edilib. Bütün məzarların üzərində ölüm tarixi 20 Yanvar 1990-cı il yazılıb. Bir gecənin dastanı kimi. Heyranlığımı artıran, göz yaşlarımın axmasına səbəb olan qoşa şəkilləri olan məzar daşına həkk olunmuş gənc bəylə gəlinin qoşa məzarı oldu. Dünən xəyalları ilə göylərdə uçan bəylə gəlin ertəsi gün yan-yana məzara girdilər. Eşidənlərə əfsanə kimi görünən belə talelər xiyabanda üç-dörd, bəlkə də, daha çox cərgələnən məzarlar xiyabanı doldurub. Yaradandan onlara cənnətində yer verməsini yalvarıram. Həmkarım mənə Qanlı Yanvar kimi tanınan o müdhiş gündə baş verənləri danışdı və onlardan bəziləri haqqında məlumat verdi. Bir qəbrin başına gələndə qürurla “Bu mənim əmim oğludur, təzəcə on doqquz yaşı var, tələbə idi” deyib üzüntü ilə göz yaşlarını sildi. Mən səssizcə ona qulaq asırdım. Xiyabanda başdan-başa sıralanan soyuq qara daşların üzərindəki şəkillərin altında yazılan rəqəmlərə baxıram, çoxu 19-20 yaşlarında idi. Başqa bir şəkil qarşısında dayandıq. Bəlkə də, hər ikimiz ədəbiyyat mütəxəssisi olduğumuz üçün bu şəklin qarşısında bir az çox dayandıq. Bələdçim Ülvi haqqında danışdı. Altında “Ülvi Yusif oğlu Bünyadzadə, 1969-1990” yazılıb. 1990-cı ildə o, tələbəlik həyatının qızıl çağına təzəcə qədəm qoyurdu. Bu mənada biz bərabərik, - sakitcə öz-özümə dedim. “Bəli, o bizim yaşımızda idi. O, 20 yaşında bu dünyadan köçüb. Vətən üçün canını fəda edib. O, heç evlənmədi, uşaqları olmadı, amma nəfis şeirləri, bənzərsiz hekayələri, həmişə onu xatırladan gözəl tərcümələri qaldı”, - dedi. Mən heyrətlə ona baxdım. “Bəli, Ülvi bənzərsiz şairimizdir. Azərbaycan Dillər Universitetində təhsil alırdı. Ərəb, fars, rus, ingilis dillərini mükəmməl bilirdi. Əsgərlik illərində özbək, tatar, qazax yoldaşlarından onların dilini mənimsəmişdi. Bu haqda məktubları vasitəsilə bibisinə, dostlarına yazdığı məktublarında qeydləri var. O, məktəb illərindən şeir və hekayələri ilə tanınıb, sonradan tərcümələri ilə məşhurlaşıb. İkimiz də bir müddət susduq. İyirmi yaşında. Bu, insan həyatının bahar dövrüdür. Həyatdan həzz aldığı, sevgidən həyəcanlandığı, qəlbinin sevgi ilə çağladığı, həyat planlarını bir-bir cızdığı dövrüdür. Xüsusilə bu yaşda gənclərin şövqü, həzzi, sevgisi, cəsarəti təbii və qaynar olur.

Yolda Ülvinin yaradıcılığından danışdıq. Həmkarım onun yaradıcılığından xeyli bəhs etdi, əzbər olaraq şeirlərindən nümunələr dedi. Belə təsirli söhbətlərimizdən sonra bu istedadlı gəncin əsərlərini oxumaq istədiyimi söylədim. Ertəsi gün AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görüşərkən mənə Ülvi Yusif oğlunun kitabını verdi. Ülvinin şeirlərini oxuyuram. Qarşıma çıxan ilk şeiri - 1982-ci ildə sinif yoldaşlarına həsr etdiyi “Vətən üçün ölməliyik” adlı şeirinə nəzər salıram. 12-13 yaşlı yeniyetmənin vətən haqqında bu qədər həvəslə şeirlər yazması heyrətamizdir: “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!”

“Ömür yolu” adlı poeması gənc şairin vətənlə bağlı hisslərini daha geniş üzə çıxarmağa imkan verir:

Qarabağdı mənim dinim -imanım,

O torpağın nişanəsi, iziyəm.

Məni belə aciz görmə qəbirdə,

Qəbirdə də Qarabağın özüyəm.

Bu misraları yazanda Ülvinin cəmi 18 yaşı olub. Bu, gəncin ölüm haqqında deyil, yaşamağın sevinci haqqında düşünməli vaxtıdır. Amma ölkəsinin bir qarış torpağını belə müqəddəs hesab edən hər bir insan üçün onun uğrunda canından keçmək şərəflidir. Gənc Ülvi belə bir mübarizə yolunda şəhid olub. Ülvi şeirləri ilə yanaşı, bir neçə hekayə də yazıb. “Vəfa”, “İnsan” kimi hekayələrində insana xas olan səmimiyyətdən, sevgidən, hikmətdən, sədaqətdən, məğrurluqdan bəhs edir. Əcdadlarımızın qoyub getdiyi rəvayətlərlə başlayan “Sədaqət” hekayəsində yanımızda olan əzizlərimizin mehr-məhəbbətindən, dərd-qüssə görməməyimizdən yazır, “İnsan” hekayəsində isə mənsəbə, vəzifəyə görə insanlığını itirən, sonradan da onun arxasınca ağlaya-ağlaya gələn gözəgörünməz insanların bədii obrazını yaradır. Onun tapıntıları oxucunu düşündürür.

Səfərdən qayıtmağımızdan xeyli vaxt keçib. Vətənə qayıdandan sonra bu həmyaşıdımın əsərlərini oxuyub onlar haqqında öz fikirlərimi yazmaq istədim. Ülvinin yaradıcılığı ilə yaxından tanış olmağı, onu özbək oxucularına təqdim etməyi özümə borc bilirdim. Mən Ülvi Bünyadzədanın əsərlərində bədii cəhətdən mükəmməllik, şeirlərində gözəl təşbehlər axtarışında aramadım. Amma hər birində onun sadə və məsum qəlbini, Vətənə, xalqa, insanlığa məhəbbətini əks etdirən səmimiyyətini gördüm.

Qeyd edək ki, yazını şəhid Ülvi Bünyadzadənin bibisi Almaz Ülvi özbək dilindən Azərbaycan dilinə tərcümə edib və hazırlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik