Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli lider Heydər Əliyevin xatirəsini dünya azərbaycanlıları böyük ehtiramla yad etmişlər

Bakı, 13 dekabr (AZƏRTAC). Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ümummilli lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad etmişlər.

Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anma mərasimləri, “dəyirmi masa” və konfranslar keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu tədbirlərdə ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu barədə məlumat verilmiş, onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərdən söz açılmışdır.

Ulu öndərin xatirəsini Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovadakı Azərbaycan diasporunun nümayəndələri də ehtiramla yad etmişlər.

Ümummilli liderin xatirəsinə həsr olunmuş anma mərasimləri Avropanın bir sıra ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada da keçirilmişdir.

Almaniyanın Berlin, Drezden və Maqdeburq şəhərlərində tədbir və konfranslar təşkil olunmuş və dünya miqyaslı siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verilmişdir. Drezdendə Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun rəhbəri Ağahüseyn Babayev Azərbaycanın ən yeni tarixinin böyük bir hissəsinin məhz ulu öndərin adı ilə bağlı olduğunu qeyd edərək vurğulamışdır ki, məhz Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətlərinin məntiqi nəticəsi olaraq hazırda Azərbaycan demokratik, hüquqi, tolerant bir dövlətdir. Azərbaycanlılarla yanaşı yerli ictimaiyyətin nümayəndələri və digər milli icma təmsilçilərinin də iştirak etdiyi tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Maqdeburqda Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin, Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının təşəbbüsü və Azərbaycanın Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə həmin təşkilatların nümayəndələri ilə yanaşı digər xalqların nümayəndələri də iştirak etmişlər. Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Millnits-Niftəliyev ümummilli lider Heydər Əliyevin həyat yolu, Azərbaycanın inkişafı üçün göstərdiyi xidmətlər barədə məruzə ilə çıxış etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi Türkiyənin paytaxtı Ankarada da keçirilmişdir. İki yüzədək qonağın iştirak etdiyi tədbirdə Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, eləcə də Türkiyə hökumətinin və parlamentinin üzvləri, diaspor nümayəndələri, ictimai-siyasi xadimlər iştirak etmişlər. Tədbirin iştirakçıları Ankaradakı Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə əklil qoyduqdan sonra anım mərasimi Şaraton otelində davam etdirilmişdir.

Birləşmiş Ərəb Əmirliklərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş simpozium keçirilmişdir. BƏƏ-də fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Dubayda təşkil olunmuş tədbirdə ölkədə yaşayan azərbaycanlılar, hökumət nümayəndələri, türk, ərəb və digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişlər.

Mərasimdə çıxış edən Cəmiyyətin sədri Samir İmanov ümummilli lider Heydər Əliyevin xalqının müstəqilliyi, suverenliyi, tərəqqisi uğrunda ağır mübarizə şəraitində keçən ömür yolundan bəhs etmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimləri Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də keçirilmişdir. Tədbirlərdə azərbaycanlılarla yanaşı yerli ictimaiyyətin nümayəndələri, habelə ictimai-siyasi xadimlər iştirak etmişlər.

İsraildə ulu öndərin xatirəsinə həsr olunmuş konfransda Heydər Əliyev Azərbaycan dövlətinin memarı və qurucusu kimi səciyyələndirilmiş, Azərbaycanın bu gün qazandığı nailiyyətlərin ulu öndərin müdrikliyinin, onun apardığı siyasətin bəhrəsi olduğu xüsusi vurğulanmışdır. Tədbirdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimləri ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada da keçirilmiş, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onun Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətləri qeyd olunmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Turan Həsənova: Qala Əncir Festivalı hər il daha çox insanı cəlb edir

Norveç kral V Haraldla vidalaşır VİDEO

Norveç kral V Haraldla vidalaşır VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Deputat: Qala Əncir Festivalı Azərbaycanın zəngin kulinariya irsinin təbliğinə xidmət edir VİDEO

Görmə məsafəsi azalacaq, yollar sürüşkən olacaq – yol polisindən hava xəbərdarlığı

İran Hörmüz boğazından keçidi məhdudlaşdırıb: 30 gəmi saxlanılıb

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub

Azərbaycanlı itkinlərin taleyi BMT tribunasından yenidən gündəmə gətiriləcək - Umud Mirzəyev

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Qala Əncir Festivalı: dad, ənənə və sənət bir arada VİDEO

Şimali Kipr sahillərində baş verən bərə qəzasında 7 nəfər ölüb

Vətən səmasında son uçuş: itkin şəhidin ailəsi hələ də onun yolunu gözləyir

Klassik avtomobillərin yürüşü “Sea Breeze” ərazisində davam edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Şimali Kipr sahillərində batan bərədə azərbaycanlıların da olması ehtimal edilir

Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib VİDEO

Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan bərə batıb

Çexiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb

Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb

Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

İslandiya əhalisi Aİ-yə üzvlük danışıqlarının bərpasının əleyhinə səs verib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarəsi Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir VİDEO

Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

“Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu icarəyə götürüb

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ VİDEO

Stavropolda avtobusun iştirakı ilə baş verən yol qəzasında altı nəfər həlak olub

Bu saata olan əsas xəbərlər

Xəbər agentlikləri Qırğızıstanda MDB ölkələrinin turizm potensialına informasiya dəstəyi məsələlərini müzakirə ediblər

Cəlilabadda ev yanıb

İsveçrədə musiqi festivalında silahlı insident baş verib, xəsarət alanlar var

Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

Anadolunun istiqlal mübarizəsindən qlobal hərbi gücə: Türkiyə Zəfər Bayramını qeyd edir

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb VİDEO

Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür

Media: “El-Nino” ölkələrə trilyonlarla dollar ziyan vura bilər

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

DSX: Xəsarət alaraq köməksiz vəziyyətdə qalan Niderland vətəndaşı dağlıq ərazidən təxliyə edilib VİDEO

Nepalın fəlakət bölgəsində çayların səviyyəsinin qalxması barədə xəbərdarlıq edilib

Siciliya adasında yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb, 1 nəfər xəsarət alıb

Rusiyanın Xabarovsk vilayətində ərazilər suyun altında qalıb

Nigerdə vəziyyət stabilləşib

Türkiyədə güclü yağış fəsadlar törədib

Şimali Koreyanın müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

Türkiyə XİN Nigerdə tərəfləri təmkinli olmağa çağırıb

Media: Netanyahunun oğlu sui-qəsd təhlükəsi ilə əlaqədar ABŞ-dən təxliyə edilib

Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Rusiyada sərnişin gəmisi saya oturub

Media: ABŞ ərzaq böhranı ilə üzləşə bilər

Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib

Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib

Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb

Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb

Zəngilanda təhsil işçilərinin sentyabr konfransı

Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

Azərbaycanın çimərlik güləşçiləri "See Breeze"dəki yarışı 7 medalla başa vurublar

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Şirvanda yol qəzası baş verib, ölən və xəsarət alan var VİDEO

Finlandiyada polis tərəfindən güc tətbiq edilməsi hallarının sayı artır

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Babək rayonunda qəza baş verib, 2 nəfər xəsarət alıb VİDEO

Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

Azərbaycanın deflimpiyaçı cüdoçusu tarixi uğura imza atıb

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

Bu saata olan əsas xəbərlər

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi

Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Nepalda təbii fəlakət bölgəsinin bərpasına 4-5 milyard dollar lazımdır VİDEO

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

“Yay Fest 2026”nın “Startap və sahibkarlıq” düşərgəsi başa çatıb

“Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Türk dünyasında yeni mərhələnin əsasını qoyur - ŞƏRH

“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

Rusiyanın hava hücumu nəticəsində Buça rayonunda ölənlərin sayı 37 nəfərə çatıb

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

İqtisadiyyat İnstitutu Lütfi Zadənin elmi irsinə həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

Bakı və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Nepalda təbii fəlakət nəticəsində itkin düşən Ukrayna vətəndaşlarının sayı 64 nəfərə çatıb

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

Magistral yol üzərində ikinci körpünün inşası davam edir

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO

DGK: Külli miqdarda dərman preparatları aşkar edilib

Bu saata olan əsas xəbərlər

Ölkənin bəzi yerlərində şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Fransada inflyasiya 2,4 faizə yüksəlib

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

Bakı və rayonlarda qanunsuz silah-sursat aşkar edilərək götürülüb