Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNEC-in professoru beynəlxalq nəqliyyat-kommunikasiya əlaqələrinə Zəngəzur dəhlizinin qoşulması imkanlarından danışıb

UNEC-in professoru beynəlxalq nəqliyyat-kommunikasiya əlaqələrinə Zəngəzur dəhlizinin qoşulması imkanlarından danışıb

Bakı, 24 may, AZƏRTAC

Cənubi Qafqazın yalnız təbii və iqtisadi resurslarına görə deyil, daha çox regionun coğrafi mövqeyinə görə yaxın və uzaq xarici ölkələrin “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinə birbaşa qoşulmaq imkanı yaranıb. Eyni zamanda, Qərbi Avropanın, Şimali Amerikanın, habelə Asiyanın inkişaf etmiş ölkələrinin həmin nəqliyyat-kommunikasiya əlaqələrində az və ya çox dərəcədə iştirak etmək imkanlarının səbəbləri və nəticələrinin təhlili zərurəti qarşıya çıxıb.

Cənubi Qafqaz regionu ümumi halda götürüldükdə ərazinin vahid coğrafi mövqeyi diqqəti daha çox cəlb etsə də, hər halda regionun ayrı-ayrı ölkələri malik olduqları ərazi-məkan xüsusiyyətlərinə görə müxtəlif üstünlüklərə malikdirlər. İstər tarixi baxımdan, istərsə də müasir reallıqlar baxımından Cənubi Qafqazın hər üç ölkəsinin ərazisinin müqayisəsində Azərbaycan ərazisinin bir çox üstünlüklərə malik olması göz qabağındadır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru İrşad Kərimli bildirib. O qeyd edib ki, dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi proseslərin mənzərəsinə fikir verdikdə Cənubi Qafqazın nəinki müasir dövr, daha çox perspektiv dövr üçün xüsusi strateji əhəmiyyətə malik olan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat layihələrində Azərbaycanın birbaşa iştirak etməsi və bu layihələrin həyata keçməsində və Cənubi Qafqazın lider ölkəsinə çevrilməsində Azərbaycan ərazisinin müstəsna rolu aydın görünür. Həmçinin Azərbaycan özünün əzəli torpağı olan və 30 il erməni işğalı altında olan Qarabağ regionunu 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində işğalçılardan azad edərək beynəlxalq nəqliyyat dəhlizləri üçün xarakterik olan, Şərqə və Qərbə çıxışı təmin edən təbii marşrutların mühüm ilkin şərtlərini qarşıya qoyub. Hazırda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İran ticarət, enerji, nəqliyyat-logistika və bank xidmətləri sahəsində birgə layihələr hazırlayır. Bu istiqamətdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Rusiya və İranın “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizində önəmli bir qapı rolunu oynaması, Cənubi Qafqazın Türkiyə və İranla birlikdə beynəlxalq iqtisadi inkişafa böyük töhfə verəcəyi həqiqətə çevrilməkdədir.

“Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması nəinki qısa və orta, habelə uzunmüddətli perspektiv məqsədləri, həmin məqsədlərə çatmaq istiqamətlərini və vasitələrini də qarşıya qoymaqla yalnız regional deyil, daha çox beynəlxalq əhəmiyyətli vəzifələri yerinə yetirəcək.

Cənubi Qafqazın coğrafi mövqe cəhətdən daha güclü və əhəmiyyətli ərazilərindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi özünün çoxcəhətli və şaxəli olması baxımından diqqəti cəlb edən bir çox konkret marşrutları formalaşdırıb. Bu marşrutların əhatə dairəsi Xəzər hövzəsi ölkələrini, Baltikyanı ölkələri, Şimali və Qərbi Avropa ölkələrini və əks istiqamətdə magistral nəqliyyat kommunikasiyalarının bütöv bağlılığını əks etdirir. Qeyd edilən dəhliz üzrə başlıca daşımalar Şimali və Qərbi Avropadan başlayaraq Rusiya ərazisindən Həştərxan istiqamətində, buradan isə avtomobil, dəmir və su yolları (Xəzər dənizi) ilə Cənubi Qafqaz istiqamətində 3 əsas - Transxəzər, Şərq və Qərb marşrutları üzrə həyata keçirilir. Bu marşrutların hər biri xüsusi beynəlxalq əhəmiyyət daşısa da, hər halda zaman, məkan və səmərəlilik baxımından Şərq və Qərb marşrutları daha çox beynəlxalq əhəmiyyət kəsb edir.

İstər Şərq, istərsə də Qərb marşrutları Rusiya, Qazaxıstan, Türkmənistan ərazisindən keçərək Həştərxan - Mahaçqala limanları, Azərbaycan ərazisindən keçərək Bakı Ələt limanı, Türkiyə ərazisindən keçərək Ceyhan limanı, İran ərazisindən isə Ənzəli-Əmirbaba limanlarına, oradan da Yaxın və Orta Şərq ölkələrinə doğru beynəlxalq miqyas alır. Şərq və Qərb marşrutlarının Azərbaycan ərazisindən keçməsi diqqəti çox cəlb edir. Çünki hər iki marşrut Azərbaycan ərazisindən dəmir və avtomobil yolu ilə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvandan keçərək İran və Türkiyə istiqamətinə, oradan da Şərq və Qərb ölkələrinə doğru beynəlxalq miqyas alır. Zəngəzur dəhlizinin açılması və bu dəhlizlə dəmir və avtomobil yolları ilə yüklərin və sərnişinlərin daşınması nəinki Cənubi Qafqazın, habelə layihədə iştirak edən yaxın və uzaq qonşu ölkələrin iqtisadi faydalanması ilə yanaşı, daha çox dünya gəlirlərinin bölgüsündə iştirak imkanlarını da artırır.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qeyd edilən hər üç marşrutunun Cənubi Qafqaz ölkələrinin xüsusən Azərbaycanın ərazisi ilə birbaşa və dolayı əlaqələnməsi, Zəngəzur dəhlizi ilə hər iki marşrutun Türkiyə və İran ərazisindən keçib Avropa və Körfəz ölkələrinin ərazisi ilə Qərbə və Uzaq Şərqə qədər uzanması, bununla da Cənubi və Cənub Şərqi Asiya ölkələri ilə Avropa ölkələri arasında yük və sərnişin daşımalarının dəniz yolu ilə daşımalara nisbətən daha qısa zaman kəsiyində və daha az xərclərlə başa gəlməsinə səbəb olacaq.

Belə ki:

•Bütün növ nəqliyyat xidmətləri ilə beynəlxalq bazarlara çıxış imkanları artır;

•Yük və sərnişin daşımalarında nəqliyyatın səmərəliliyi yüksəlir;

•Beynəlxalq daşımaların həcminin artırılmasına imkan yaranır;

•Üzv ölkələrin ərazisi ilə tranzit daşımalarında vaxt qısalır;

•Üzv ölkələr arasında razılaşdırılmış nəqliyyat siyasəti həyata keçirilir;

•Tranzit daşıma dəyəri minimuma endirilir;

•Dəhliz vasitəsilə hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert