“UNİVERSAL NAA” MMC-NİN ƏRZAQ VƏ MEYVƏ-TƏRƏVƏZ ANBARLARI MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERİR
Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Samuxda “Universal NAA” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərzaq və meyvə-tərəvəz saxlanılan anbarları ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, burada 25 min ton məhsul saxlamaq mümkündür. Müasir avadanlıq quraşdırılmış, kameralarda xüsusi soyutma sistemləri vasitəsilə istənilən temperaturu yaratmaq olur.
Prezident İlham Əliyev belə anbarlara ehtiyac duyulduğunu, hazırda ölkədə ərzaq təminatı ilə bağlı heç bir problemin olmadığını vurğuladı.
Dövlətimizin başçısı anbarların işə düşməsini bildirən düyməni basdı.
Bununla da Prezident İlham Əliyevin Samux rayonuna səfəri başa çatdı.
######
