Uqanda ilə ticari-iqtisadi əlaqələrin inkişafı müzakirə edilib
Bakı, 28 avqust, AZƏRTAC
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkənin qarşılıqlı ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğu vurğulanıb. İqtisadi münasibətlərin genişləndirilməsi, işbirliyi və investisiya imkanlarının araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Enerji, kənd təsərrüfatı, mineral ehtiyatlar sahəsində birgə fəaliyyət imkanları, o cümlədən işgüzar dairələr arasında əlaqələrin qurulması məqsədilə birgə tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]
“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verib
- 29.09.2026 [16:10]