Uşaq-gənclər idman məktəbinin cüdoçuları beynəlxalq turnirdə 2 medal qazanıblar
Bakı, 2 noyabr, AZƏRTAC
Rusiyanın Nalçik şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə 10 nömrəli uşaq-gənclər idman məktəbinin yetirmələri 2 medal qazanıblar.
Turnirdə 66 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Sübhan Axundov bütün rəqiblərini məğlub edərək birinci yeri tutub. Digər cüdoçumuz Həsən Qurbanlı (34 kq) isə bürünc medal qazanıb.