ÜST Vyetnamda koronavirusun yeni ştammı barədə məlumatı şərh edib
Bakı, 29 iyul, AZƏRTAC
Vyetnamın Dananq şəhərində COVID-19 infeksiyasının yayılması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin narahatlığına səbəb olmayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ÜST-nin Vyetnamdakı nümayəndəsi Kidon Park burada aşkarlanan SARS-CoV-2 koronavirus ştammının yoluxuculuq baxımından digərlərindən fərqlənmədiyini deyib. “Bu virus növlərinin mutasiyaya uğramasına baxmayaraq, narahatlıq üçün heç bir əsas yoxdur. Əldə olunan məlumata görə, COVID-19 infeksiyasının yoluxuculuğu və təhlükə dərəcəsi dəyişməyib”, - deyə o bildirib.
Bir qədər əvvəl Vyetnam hökuməti sahilyanı Dananq şəhərində və yaxın əyalətlərdə koronavirus infeksiyasının yayılmasına əvvəllər ölkədə rast gəlinməyən yeni virus növünün səbəb olduğu barədə məlumat yaymışdı. Yerli ekspertlər bu ştammın tez bir zamanda ağır vəziyyətə keçdiyi üçün koronavirusun əvvəllər məlum olan tiplərindən daha aqressiv ola biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, son beş gün ərzində Dananq şəhərində koronavirusa 29 yeni yoluxma halı qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]