ÜST yeni ölümcül virusun peyda olacağını proqnozlaşdırır
Bakı, 24 may, AZƏRTAC
Bəşəriyyət tez və ya gec indikindən daha təhlükəli pandemiya ilə qarşılaşacaq. Daha yoluxucu və öldürücü virus meydana çıxacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus qurumun 74-cü sessiyasının açılışında çıxış edərkən deyib.
ÜST rəhbərinin sözlərinə görə, viruslarla mübarizə dövlətlərin bir-biri ilə yarışmalı olduğunu deyil, əksinə, əməkdaşlıq etməli olduğunu göstərdi. “Biz faktiki olaraq seçim qarşısında qalmışıq: bir yerdə fəaliyyət göstərməli, yoxsa müdafiəsiz qalmalıyıq”, - deyə Tedros Adhanom Qebreyesus bildirib.
Qeyd edək ki, mayın 24-dən iyunun 1-dək virtual formatda keçirilən Ümumdünya Səhiyyə Assambleyasının əsas mövzusu COVID-19 pandemiyasına qarşı mübarizə və yeni qlobal fövqəladə vəziyyətlərin qarşısının alınmasıdır. Assambleyada dünyanın hər yerindən nümayəndə heyətləri iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]