ÜZEYİR HACIBƏYOVUN ANADAN OLMASININ İLDÖNÜMÜ QEYD EDİLƏCƏKDİR
Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gələrək Üzeyir Hacıbəyovun və orada dəfn olunmuş digər bəstəkarlarımızın xatirəsini yad edəcək, məzarları üzərinə əklil və gül dəstələri qoyacaqlar.
Ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçiriləcək yubiley mərasimində Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından, Azərbaycanda klassik musiqinin yaradılmasında və inkişafında əvəzsiz xidmətlərindən söz açılacaqdır.
Tədbirdə həmçinin Sahilə Orucovanın “Üzeyir Hacıbəyovun pedaqoji görüşləri” və Üzeyir Hacıbəyovun “Hesab dərsliyi” kitablarının təqdimatı da keçiriləcəkdir.
Yubiley mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının solistləri Üzeyir Hacıbəyovun əsərlərindən parçalar ifa edəcəklər.
ABŞ-da yaşayan həmyerelimiz, müğənni Sevinc Sultanzadə bəstəkarın “Arşın mal alan” əsərindən Gülçöhrənin və “Koroğlu” operasından Nigarın ariyalarını oxuyacaqdır.