Üzgüçülük növü üzrə “Parlaq ulduz” uşaq liqasının birinci mərhələ yarışları keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının və Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə “Parlaq ulduz” uşaq liqasının 1-ci mərhələ yarışları keçirilib.
Azərbaycan Üzgüçülük Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Şağan Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 16 komandada 200-dən çox kiçik yaşlı uşaqlar mübarizə aparıblar. Yarışda üzgüçülük üzrə milli komandanın məşqçilər heyəti iştirak edib.
Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov bildirib ki, yarış çərçivəsində ən perspektivli idmançıların aşkar olunması və onların gələcəkdə milli komandanın rezerv komandasının formalaşdırılmasında yaxından iştirakı nəzərdə tutulur: “Yarışların 2-ci mərhələsi aprel ayında “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək. Sonuncu - final mərhələsi isə may ayında Bakı Su İdman Sarayında təşkil olunacaq. Final mərhələsinin qalibləri medallar və diplomlarla təltif ediləcəklər. Əsas məqsəd azyaşlı idmançılar arasında perspektivli üzgüçülərimizin üzə çıxarılması və onların məşqçilərimizin nəzarəti altında məşqlər keçərək milli komandanın rezerv komandasına cəlb olunmasıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]