Vərəm xəstəsi olan hamilə qadınların 6 faizində vaxtından əvvəl doğuş halları müşahidə olunur
Bakı, 28 avqust, AZƏRTAC
Vərəm doğuşun heç bir mərhələsinə təsir etmir.
AZƏRTAC xəbər verir ki, bu fikri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova söyləyib.
Onun sözlərinə görə, doğuşdan sonrakı dövr əksər hallarda əlverişli kursa malikdir: “Ağciyər vərəmindən əziyyət çəkən analardan praktiki olaraq sağlam uşaqlar doğulur. Vərəmin hamiləlik, doğuş və doğuşdansonrakı dövrə təsirinin spesifikliyi müəyyən edilməyib”.
Direktor bildirib ki, vərəm xəstəsi olan hamilə qadınların 6 faizində vaxtından əvvəl doğuş halları müşahidə olunur və gecikmiş doğuş son dərəcə nadirdir.
İ.Axundova sonda qeyd edib ki, doğuş aktının fiziologiyası yüksək sabitliklə xarakterizə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [19:03]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [18:59]
Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]