Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşlar Prezidentə yazırlar: Gecə-gündüz yorulmadan göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndiririk

Vətəndaşlar Prezidentə yazırlar: Gecə-gündüz yorulmadan göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndiririk

Bakı, 14 oktyabr, AZƏRTAC

Müzəffər ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını müvəffəqiyyətlə alması, ard-arda qələbələr qazanması Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Rusiyanın Arxangelsk şəhərindən Hüseyn Əliyev yazır: “Hörmətli cənab Prezident, mən doğma Vətənimdə baş verən hadisələri dərin həyəcanla izləyir, hər qələbəyə ürəkdən sevinirəm. Siz Azərbaycan xalqının ümidi, ölkənin və onun sərhədlərinin təhlükəsizlik qarantısınız. Allahdan ərazi bütövlüyümüzün bərpası yolunda müqəddəs amalınızı sonadək icra etmək üçün Sizə və ordumuza güc, qüvvət arzulayıram. Həmçinin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Türkiyənin İstanbul şəhərindən Mesut Karagöz: “Hörmətli cənab Prezident, illərdir qanayan yaramız olan Dağlıq Qarabağın erməni işğalından azad olunmasına başlanılması ürəyimizə su səpdi. Sentyabrın 27-də erməni hücumundan sonra başlanan müharibədə Türkiyə xalqı olaraq Azərbaycanla tək ürək olduq. Allah Azərbaycanı müzəffər etsin. Bu müqəddəs yolunuz mübarək olsun. Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir. Azərbaycanın zəfəri bizim zəfərimizdir. Azərbaycan Ordusunun zəfərlə irəliləməsini hər gün xəbərlərdən izləyirəm. Haqsız, zalım, ikiüzlü, vicdansız erməni terrorçu dövlətinin ordusunun yerlə-yeksan olduğunu, onların Azərbaycan əsgəri qarşısında duruş gətirə bilməyərək qaçdıqlarını görmək bizə çox xoş gəlir. Mənim 40 yaşım var. İmkan olarsa, qardaş Azərbaycanın qəhrəman əsgərləri ilə bir cəbhədə vuruşmaq, erməni terrorçularını məhv etmək istərdim. Dualarımız Sizinlə, qəlbimiz Sizinlədir, cənab Prezident! Gərək olarsa bu yolda canımızı da verərik. Allah yar və yardımçınız olsun. Zəfər Azərbaycanındır. Qarabağ Azərbaycandır!”.

İzmir şəhərindən Muxtar Fatih Beydili: “Çox hörmətli cənab Prezident, Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız. Mən Sizə dünyadakı bütün türkmənlərin, həmçinin Hələbdə İmadəddin Nəsiminin nəvələri adından təşəkkür edirəm. Sizin rəhbərliyinizlə ordumuzun apardığı uğurlu əməliyyatlar nəticəsində torpaqlarımızın müəyyən bir hissəsi işğaldan azad olunub. Bu münasibətlə Sizi və xalqımızı təbrik edirəm. Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. İnanırıq ki, rəşadətli ordumuz Sizin rəhbərliyinizlə tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək. Sizə cansağlığı arzu edirik. Cənab Prezident, Sizin və qəhrəman ordunuzun qələbə çalması üçün dualar edirik. Allah Ordumuzu qorusun. Sizi və bütün türk millətini qorusun. Türkün türkdən başqa dostu yoxdur. Cənab Ali Baş Komandan, bütün dünya türkləri həmişə Sizin yanınızdadır. Allah Sizi və can Azərbaycanın xalqını qorusun. Xalq Sizinlədir və zəfər də Sizinlədir. Biz də sizlərlə çiyin-çiyinə dayanmışıq. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada daha layiqli və nüfuzlu yer tutur. Ölkənin uğurlu iqtisadi inkişafında, yüksək mənəvi-əxlaqi ab-havanın qorunub saxlanılmasında, mədəniyyət, elm və təhsilin hərtərəfli inkişafında quruculuq enerjisi ilə aşıb-daşan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və qətiyyətlə nail olan bir lider kimi Sizin şəxsi xidmətləriniz böyükdür. Siz fədakarcasına Azərbaycan xalqının xoşbəxtliyinin və rifahının qayğısına qalırsınız. Sizə möhkəm cansağlığı, bütün planlarınızın müvəffəqiyyətlə həyata keçməsini arzulayırıq. Qoy, Sizin səyləriniz Azərbaycan Respublikasının rifahı və xalqlarımızın dostluğu naminə bundan sonra da öz gözəl bəhrələrini versin. Zəfər xəbərlərini gözləyirik”.

Moskva şəhərindən Vaqif Həsənov yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, uğurlu siyasətinizi və Azərbaycan üçün etdiklərinizi yüksək qiymətləndiririk. Düşmənlərimizə qarşı şiddətli döyüşlərdə ordumuza zəfər, xalqın gücü ilə yüksələrək apardığınız mübarizədə Sizə cansağlığı, uzun ömür və yeni qələbələr arzulayıram. Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycana! Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycanın qalib Prezidenti İlham Əliyevə! Eşq olsun igid, qəhrəman Azərbaycan əsgərinə!”.

Gəncə şəhərindən Maqsud Əsgərovun məktubunda deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, biz Sizin torpaqlarımızın işğaldan azad olunması uğrunda gecə-gündüz yorulmadan göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndiririk, Sizə bu gərgin və şərəfli işinizdə uğurlar arzulayırıq. Biz inanırıq ki, Sizin qurduğunuz güclü Azərbaycan və güclü ordu tezliklə işğal olunmuş torpaqlarımızı işğaldan azad edəcək. Bu haqq yolunda göstərdiyiniz xidmətlər ədalətin zəfəri olacaq və biz vətəndaşlar bildiririk ki, Prezidentimizin ətrafında sıx birləşmişik”.

Qusar sakini Nadirşah Şirinov: “Hörmətli cənab Prezident, bizlərə heç bir sözlə ifadə olunmayan sevinc hisslərini yaşatdığınıza görə Qusar rayonunun bütün sakinləri adından dərin minnətdarlığımı bildirirəm. İllərdir mənfur düşmənin işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı verdiyiniz qərar və şanlı ordumuzun qələbələri bizi çox sevindirir. Bu gün Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri də Sizin ətrafınızda yumruq kimi birləşib və hər bir əmrinizə hazırdır. Sizinlə fəxr edirik. Allah Sizi və şanlı Azərbaycan Ordusunu qorusun, İnşallah”.

Bakı şəhər sakini Səbuhi Bağırov: “Hörməli cənab Prezident, Sizi və bütün xalqımızı cəbhə bölgəsində şanlı Ordumuz tərəfindən qazanılan uğurlara görə təbrik edirəm və bu uğurların davamlı olmasını arzulayıram. Mənim qardaşım da cəbhədədir, hazırda bütün düşüncələrim cəbhə ilə bağlıdır. Tanrı Ordumuzu qorusun! İnanırıq ki, Sizin rəhbərliyiniz altında və güclü Ordumuz sayəsində işğal olunmuş bütün torpaqlarımız azad ediləcək və üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində əzəmətlə dalğalanacaq”.

Paytaxt sakini Həsən Həsənov: “Çox hörmətli cənab Prezident, mən 1977-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşam. Ölkəmizin xüsusi təyinatlı hərbi hissəsində kəşfiyyatçı kimi müddətli həqiqi hərbi xidmətdə olmuşam. Qarabağ müharibəsində ermənilərə qarşı vuruşmuşam, kəşfiyyatçı kimi tapşırıqları yerinə yetirmişəm. Bu sahədə böyük hərbi təcrübəm var. Qardaşım Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasında hərbi vəziyyət elan edildiyi bir vaxtda bir kəşfiyyatçı olaraq torpaqlarımızın azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmək arzusundayam. Bu döyüşlərdə iştirak etmək mənim Vətən qarşısında borcumdur. Sizi əmin edirəm ki, mənə etimad göstəriləcəyi təqdirdə bu etimadı doğrultmaq üçün bütün gücümü, hərbi bilik və bacarığımı sərf edəcəyəm. Bir çox vətəndaş kimi mən də Sizin əmrinizi gözləyirəm”.

Qəbələ sakini Elşad Məmmədov: “Möhtərəm cənab Prezident, ötən illər ərzində ordu quruculuğu işlərinin mükəmməl təşkili və Sizin qətiyyətli mövqeyiniz bizə Qarabağı bəxş etməkdədir. Artıq bütün dünya Azərbaycanın güclü və mətin orduya sahib olduğuna şahiddir. Dünya hərb tarixinin ən parlaq qələbələrini bizə yaşatdığınız üçün Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlər adından Sizə dərin minnətdarlığımızı bildirir və işlərinizdə böyük uğurlar arzu edirik. Azərbaycan bayrağının yaxın vaxtlarda Xankəndi və tarixi beşiyimiz olan Şuşada dalğalanacağına tam əminik. Biz məcburi köçkünlər hər zaman Sizin əmrinizə hazırıq. Tanrı Sizi qorusun!”.

Tovuz sakini Çingiz Babayev dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, Sizi Tovuzun 30 ildən çoxdur ki, erməni məkri ilə üzbəüz dayanan Əlibəyli kəndinin müharibə veteranlarının adından Qarabağ uğrunda döyüşlərdə qazanılan uğurlara görə təbrik edirəm. 30 ildir ki, kəndimizin uşaqları müharibə şəraitində böyüyür, kənd sakinləri əkin-biçinini güllə altında edir. Qismən sakitlik olsa da bu illərdə mülki şəxslərimizdən qurbanlarımız da olur. Amma bizdən narahat olmayın. Biz ermənilərdən qorxmuruq, onlar bizdən qorxur. Tovuz döyüşlərində rayonumuzun hər bir sakini igid əsgərlərimizin yanında olmaq üçün can atırdı. İndi isə hamımız Qarabağa doğru can atırıq. Kəndimizin sakinləri, bütün müharibə veteranları Azərbaycan naminə verdiyiniz qərarları dəstəkləyir. Hamımız bir nəfər kimi Qarabağı azad etməyə hazır olduğumuzu bildiririk. Hər bir azərbaycanlının duasının əvvəli də, axırı da Sizin sağlamlığınız, güclü, qüvvətli olmanız üçündür. Dünyada kiçikdən böyüyə hamının sevimlisi olan Sizin kimi ikinci lider yoxdur, buna əminəm. Hamımız Sizi bir nəfər kimi ürəkdən sevirik, dəstəkləyirik, arxanızdayıq. Gözümüz televiziya ekranlarında Sizin çıxışlarınızı səbirsizliklə gözləyirik. Səlis nitqiniz isə sanki uzun müddət susuz qalmış qəlbləri rahatladır, bizi ruhlandırır. Var olun, cənab Prezident! Hər şeyə görə çox sağ olun!”.

Bakı şəhər sakini Yusif Bağırov: “Hörmətli cənab Ali Baş Komandan, Sizi və əsgərlərimizi ürəkdən təbrik edirəm. Xalqımıza yaşatdığınız qürurlu və sevincli günlərə görə, çox sağ olun. Xalqımız tarixən çox igidlər və qəhrəmanlar yetirib, çox şərəfli döyüşlərdən çıxıb. Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsinə yeni şanlı səhifələr yazılır. O səhifələr ki, baxdıqca baxmaq, oxuduqca oxumaq istəyirsən. Bu tarix çox güclü və qüdrətli müəllifin şah əsəridir. Allah Sizi və əsgərlərimizi qorusun, cənab Ali Baş Komandan. Biz Sizə və əsgərlərimizə güvənirik və həmişə Sizlərləyik”.

Yardımlı rayon sakini Şaiq Zaidli: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizə ürəyimin dərinliklərindən gələn minnətdarlığımı ucqar dağ rayonu olan Yardımlıdan çatdırıram. Hər gün televiziya kanallarından ordumuzun işğaldan azad etdiyi əraziləri, düşmənin məhv edilmiş texnikalarını, qənimət alınmış silahlarını seyr etdikcə bu qələbənin memarı kimi Sizi alqışlayır, güclü, məğrur Azərbaycan əsgərinə “sağ ol!” deyirik. Neçə illik həsrətdən sonra Sizin sayənizdə torpaqlarımız işğaldan azad olunur. Yardımlı xalqı Sizinlə qürur duyur, Sizi dəstəkləyir və daim dəstəkləyəcək”.

Ağdaş rayonundan Yunis Nəcəfov: “Hörmətli Ali Baş Komandan, bu gün həm cəbhədə, həm beynəlxalq arenada uğurlarımızın yeganə səbəbkarı Sizsiniz. Bu qədər beynəlxalq təzyiq altında ordumuzun torpaqlarımızı azad etməsi birmənalı şəkildə qətiyyətinizin nəticəsidir. Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin şəxsi heyəti cəbhədə qəhrəmanlıq salnaməsi yazır. Cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın üçrəngli bayrağı Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaqdır. Şəxsim və Ağdaş gəncləri adından əldə edilən zəfərlərə görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, uğurlar və daha böyük nailiyyətlər arzu edirəm”.

Qubadan Diana Mirzəyeva: “Hörmətli Prezident, cənab Ali Baş Komandanımız, müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbələri münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirik. Sizin və güclü ordumuzun yanındayıq! Bu qələbələrlə general-mayor Polad Həşimovun və bütün şəhidlərimizin qisası alınır. Siz bizim Liderimiz olduqca xalqımız heç nədən qorxmadan, çəkinmədən yaşayacaq. Allah Sizi və ordumuzu qorusun”.

Bərdədən Sara Məmmədova: “Hörmətli cənab Prezident, mən bir zabit anası kimi Sizə öz təşəkkürümü və xalqın sevgisini bildirirəm, əsgər və zabit anaları Sizə və hər bir sözünüzə inanır. İnanırıq ki, Sizin yürütdüyünüz siyasət nəticəsində Azərbaycanın işğal olunmuş torpaqları tezliklə azad olunacaq. Allah Sizi var etsin, Azərbaycan naminə cansağlığı, uzun ömür bəxş etsin, daim sağlam və güclü etsin. Mən bütün ailə üzvlərim adından Sizə öz minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır!”.

Cəbrayıl sakini Dursun Balakişiyeva: “Hörmətli cənab Prezident, bir Milli Qəhrəman anası olaraq Sizin cəsarətiniz qarşısında baş əyirəm. Çünki sayənizdə oğlumun şəhid olduğu doğma yurdum Hadrut qəsəbəsi düşməndən alındı. İnşallah, bütün Qarabağımız düşmən işğalından azad olunacaq və qələbə bayrağımız tezliklə Şuşada, Laçında dalğalanacaq. Şəhidlərimizin qisasını birə-beş aldığınız üçün xalqımız Sizin heykəlinizi ucaldacaq. Sizə, xalqımıza güc, cəsarət və uğurlar arzulayıram. Allah Sizi və xalqımızı qorusun!”.

Lənkərandan Rizvan Dadaşov: “Hörmətli Ali Baş Komandan, dövlətimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın yağı düşməndən azad edilməsi istiqamətində yürütdüyünüz haqlı siyasət bütün xalqın ürəyincədir. Sizin bu istiqamətdə atdığınız hər bir addımı dəstəkləyir, daim arxanızda olduğumuzu bildirmək istəyirik. Bu haqq savaşında Vətənimizə xidmət etməyi özümüzə böyük şərəf və borc bilirik. Allahdan Sizə, səngərdə riyakar düşmənlə üz-üzə duran igid əsgərlərimizə cansağlığı və davamlı qələbə sevincləri arzu edirəm. Qarabağ bizimdir! Qələbə bizimlədir!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır