“Victory Tour” turizm agentliyi Azərbaycan Konqreslər Bürosunun üzvü olmuşdur
Bakı, 18 dekabr (AZƏRTAC). 2005-ci ildə fəaliyyətə başlayan "Victory Tour" turizm şirkəti 2012-ci ildə Azərbaycanda MİCE (işgüzar) bazarının inkişafı və müştərilərin cəlb edilməsini təmin etmək məqsədilə "MİCE.az" layihəsini və bu layihə çərçivəsində www.mice.az saytını yaratmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, son vaxtlar ölkəmizdə gedən sürətli inkişafla bağlı yeni beynəlxalq səviyyəli mehmanxanaların tikilməsi və infrastrukturun yüksək səviyyəyə çatması, xarici təşkilatlar tərəfindən MİCE istiqaməti üzrə Azərbaycana olan marağı daha da artırmışdır. Məhz bu səbəbdən "Victory Tour" turizm şirkəti biznes səyahəti/MİCE şöbəsinin inkişafı üçün yenicə yaranmış Azərbaycan Konqreslər Bürosu ilə imzalanmış müqavilə əsasında bu qurumun üzvü olmuşdur.
Azərbaycan Konqreslər Bürosu barədə ətraflı məlumatı http://azerbaijan.travel/az/facts/144 linkindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]