Virtual "IndyCar" avtoyürüş çempionatı təşkil olunacaq
Bakı, 27 mart, AZƏRTAC
"IndyCar" avtoyürüşü sessiyasının təşkilatçıları virtual çempionat - "IndyCar iRacing Challenge"in keçiriləcəyini elan edib.
AZƏRTAC xəbər verir ki, "IndyCar" pilotlarının iştirak edəcəyi çempionat 6 mərhələdən ibarət olacaq.
Birinci mərhələ martın 28-də pilotların səsverməsi nəticəsində ya Uotkins-Qlen, ya da Miçiqan Spidvey trasında keçiriləcək. Virtual yarışın ikinci mərhələsi aprelin 4-də "Barber Motosport Park" trasında reallaşacaq.
Çempionatın mayadək davam etməsi gözlənilir.
Qeyd edək ki, "IndyCar” seriyasından olan iki avtoyürüş, koronavirus pandemiyasına görə təxirə salınıb. Mayın 24-də keçirilməsi nəzərdə tutulan nüfuzlu “500 mil İndianapolis” yürüşü avqustun 23-də təşkil olunacaq. “GMR Grand Prix” yarışı isə mayın 9-da deyil, iyulun 4-də reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]