“VİRTUAL AZƏRBAYCAN” LAYİHƏSİNİN İCRASINA BAŞLANILACAQDIR
Bakı, 8 yanvar (AZƏRTAC). Bu ildən etibarən Azərbaycanda “Virtual Azərbaycan” layihəsinin icrasına başlanılacaqdır.
Layihənin məqsədi dünya azərbaycanlılarını virtual aləmdə birləşdirmək, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq, mədəni irsimizin qorunması və təbliğ edilməsidır.
“Virtual Azərbaycan” real dünya ilə həmahəng formalaşan, internet vasitəsilə insanları bir-birinə bağlayan, onlar arasında heç bir məhdudiyyət olmadan sosial kommunikasiya mühiti yaradan bir gerçəklikdir. Coğrafi məkan üzərində formalaşan virtual məkan Yer kürəsinin yeni xəritəsini, siyasi-coğrafi arxitekturasını müəyyənləşdirir.
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev demişdir ki, layihə virtual məkanda formalaşan, konkret ərazi hüdudları və sərhədlərlə məhdudlaşmayan virtual Azərbaycandır. Qarşıda duran başlıca vəzifə isə dünya azərbaycanlılarını məhz virtual məkan üzrə səfərbər etmək, milli-mənəvi və ideoloji dəyərlər əsasında silahlandırmaqdan ibarətdir.
Direktor bildirmişdir ki, burada təkcə dövlət qurumları, ayrı-ayrı təşkilatlar və vətəndaşlar deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də yaxından iştirak etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]