Vişne Korkmaz: Türkiyə tərəflər arasında barışığa kömək etməyə hazırdır ŞƏRH
Bakı, 2 mart, Leyla Muradzadə, AZƏRTAC
Türkiyə tərəflər arasında barışığa və müharibənin genişlənməsinin qarşısının alınmasına kömək edəcək bütün diplomatik səylərdə iştirak etməyə hazırdır.
Bu fikri AZƏRTAC-a açıqlamasında İstanbuldakı Nişantaşı Universitetinin professoru, türkiyəli ekspert Vişne Korkmaz ifadə edib.
Onun sözlərinə görə, risk və maliyyət çox yüksək olduğundan, Türkiyə hökuməti tərəflərin heç olmazsa tez bir zamanda müvəqqəti atəşkəs elan etməsini istəyir. Vişne Korkmaz diqqətə çatdırıb ki, razılaşma ehtimalı az olsa da, regional təzyiq tərəfləri barışıq əldə olunması imkanlarını nəzərdən keçirməyə sövq edir.
O, açıqlamasının sonunda qeyd edib: “Belə olan şəraitdə, Türkiyə barışığa və müharibənin genişlənməsinin qarşısının alınmasına kömək edəcək bütün diplomatik səylərdə iştirak etməyə hazırdır. Bu münaqişəyə mümkün qədər tez bir zamanda son qoyulması Ankaranın maraqlarına uyğundur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]