Volqoqradda silahlı insidentdə iştirak edən ermənilər yaralanıb
Bakı, 11 mart, AZƏRTAC
Volqoqrad vilayətində silahlı insidentdə iştirak edən erməni mənşəli iki Rusiya vətəndaşı yaralanıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Volqoqrad vilayətinin Frolovo şəhərində ermənilərin ruslarla münaqişəsi zamanı odlu silahlardan atəş açılıb, 43 yaşlı rus mənşəli vətəndaş da öldürülüb. Bu insidentlə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin Facebook səhifəsində də məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, “Mitsubişi” markalı avtomobillə qaçan şübhəli şəxslərin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Rusiya qvardiyasının döyüşçülərinin Volqoqrad vilayətinin Dzerjinsk rayonunda zərərsizləşdirdiyi silahlı quldurlar arasında erməni mənşəli daha bir nəfər olub.
Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə idarəsi insidentlə əlaqədar cinayət işi qaldırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]