VÜQAR HƏŞİMOV: DAHA YAXŞI MÖVQEDƏ OLDUĞUMU DÜŞÜNDÜYÜM ÜÇÜN OYUNU DAVAM ETDİRMƏK QƏRARINA GƏLDİM
Bakı, 8 may (AZƏRTAC). Bakıda Azərbaycan və dünya yığmaları arasında keçirilən şahmat turnirinin ikinci turunda Vişvanatan Anandla Vüqar Həşimovun görüşü dünya çempionunun qələbəsi ilə başa çatmışdır.
Dünya çempionu rəqibinin oyunu haqqında xoş sözlər demişdir: “Vüqar əvvəlcə çox yaxşı oyun nümayiş etdirdi. Doğrudur, lap əvvəldə lövhədə yaranmış vəziyyət aydın deyildi. Lakin sonradan rəqibim səhvə yol verdiyindən, mövqeyi çətinləşdi. Onda mən bütün partiya üçün plan hazırladım və tədricən onu reallaşdırmağa başladım”.
Vüqar Həşimov isə məğlubiyyətini mövqeyini yanlış qiymətləndirməsi ilə əlaqələndirir: “Zənnimcə, ikinci partiyanı təsadüfən uduzdum. Daha yaxşı mövqedə olduğumu düşündüyüm üçün mübarizəni davam etdirməyi qərara aldım. Doğrudur, sonra sayıqlığı itirdim və nəticədə çıxılmaz vəziyyətə düşdüm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]