Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Reallıq budur ki, bu gün dünyada Türkiyə ilə hesablaşırlar

Vüqar Rəhimzadə: Reallıq budur ki, bu gün dünyada Türkiyə ilə hesablaşırlar

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bütün dövrlərdə dünya üçün nümunədir. Tarixən həm sevincli, həm də kədərli anlarda biri-birinin yanında olan iki qardaş ölkə dünyaya əsl qardaşlıq nümunəsini nümayiş etdirirlər. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin daha da möhkəmləndiyi, müttəfiqliyin, qardaşlığın gələcək inkişafı üçün hüquqi bazanın yaradılması diqqətdən kənarda qala bilməz. Fərəhləndirici haldır ki, bu müttəfiqlik sənədinin imzalanmasına bütün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şahidlik etdi. 2021-ci ilin 15 İyun - Milli Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsi dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının mesajını verdi. Dövlətimizin başçısı İlham Əliyevin hər zaman çıxışlarında bildirdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bu birlik bölgə, dünya üçün təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və təhlükəsizlik o qədər də möhkəm olacaq.

Məhz münasibətlərdə yaradılan möhkəm təməl gələcək barədə aydın təsəvvürü ortaya qoyur. 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” bəyan etməklə dünyaya mesajlarını çatdırdı. Müharibənin başlandığı andan Azərbaycanın yanında olan qardaş Türkiyə tarixi Zəfərimizin dünyaya təqdimatı kimi dəyərləndirilən Zəfər paradının keçirilməsindən bu günədək daim Azərbaycanın yanındadır. Bir faktı qeyd etmək kifayətdir ki, Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə açılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il 10 dekabr tarixində Bakıda Zəfər paradından dünyaya ünvanlandığı bu mesajı xatırlatmaq istərdik: “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. İki dost ölkənin siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri dövlətləri, xalqları bir araya gətirir, onlar arasında dostluq körpüsü rolunu oynayır. Artıq regional çərçivəni aşaraq beynəlxalq müstəviyə keçən əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, yeni əməkdaşlıq formatlarının yaradılması, hazırkı postmünaqişə dövründə regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün Azərbaycan və Türkiyənin göstərdiyi birgə səylər göz önündədir. Çoxtərəfli əməkdaşlığın əsas tərkib hissəsi olan TANAP 2018-ci ildə istifadəyə veriləndə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu mühüm addımı sonrakı layihələrin müjdəsi kimi dəyərləndirdi. Azərbaycan-Türkiyə iqtisadi birliyi bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində özünü qabarıq şəkildə büruzə verir. Bu prosesdə Türkiyə şirkətləri fəal iştirak edirlər. O da məlumdur ki, 2021-ci ildə Zəngilanda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə iki qardaş ölkənin birgə investisiya layihəsi olaq “Dost Aqropark”ın təməli qoyuldu.

YAP Xətai rayon təşkilatının sədri iki qardaş ölkənin yeni texnologiyaların inkişafı sahəsində əməkdaşlığından, gələcək əlaqələrin inkişafına gənclərin töhfələrindən də bəhs edib. Bildirib ki, ötən il 28 May-Müstəqillik Günündə ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü kimi dəyərləndirildi. Bu, eyni zamanda, bütün dünyaya Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajı oldu. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiyaların miqyasını daha da genişləndirəcək. Tədbirdə səsləndirilən “TEKNOFEST” dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı”, “Bakıda təkcə festival keçirmirik, eyni zamanda, bütün dünyaya bir millət, iki dövlət olduğumuzu göstəririk” kimi fikirlər Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyinin nümayişi oldu.

Vüqar Rəhimzadə qarşılıqlı səfərlərin qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyini önə çəkərək bu məqama diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyev təkcə cari ilin ötən dövründə iki dəfə Türkiyəyə səfər edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir çox məqamların təqdimatında öz sözünü dedi. Qardaş ölkədə baş verən zəlzələ zamanı Azərbaycan dövlətinin, xalqının keçirdiyi hisslər, sıxıntılar yardımların davamlılığında özünün ifadəsini tapdı. Həm dövlət səviyyəsində, həm də sadə vətəndaşların vasitəsilə yardım kampaniyasına başlanıldı. Dünya bu nümunədə də qardaşlığın necə olduğunu gördü. Bunun davamı olaraq Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə bu tədbirin Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu və tədbir Ankarada keçirildi. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi kimi diqqətdə oldu.

YAP Xətai rayon təşkilatının sədri dost Türkiyənin son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçdiyini, dünyada söz sahibi olduğunu, güc mərkəzinə çevrildiyini də xüsusi qeyd edib. Bildirib ki, reallıq budur ki, bu gün dünyada Türkiyə ilə hesablaşırlar, ona böyük hörmət və etimad nümayiş etdirirlər. Türkiyənin hərbi gücü, müdafiə sənayesi sahəsində böyük uğurları dünyanın diqqətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, aprelin 4-də Prezident İlham Əliyevə Türkiyənin son texnoloji məhsullarından olan “Togg” elektromobilinin təqdim olunması dünyaya verilən çox önəmli mesajlardan biridir. Türkiyə və Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Yeni texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafını sürətləndirir ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına xidmət edən addımlara stimul verir. Qardaş ölkənin iqtisadi imkanlarının daha da genişlənməsi üçün yeni imkanlar yaranır. Belə ki, Türkiyədə istehsal olunan ən müxtəlif təyinatlı məhsullar dünyanın fərqli bazarlarına ixrac edilir. Türkiyə ilk dəfə olaraq milli avtomobilinin istehsalına başladı. Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu. Diqqəti çəkən mühüm məqamlardan biri ilk “Togg” sahibinin Türkiyə Prezidenti ilə bərabər Prezident İlham Əliyevin olmasıdır. Bu, Türkiyə Prezidentinin və xalqının Azərbaycan Prezidentinə olan yüksək ehtiramının göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən bu fikri xüsusi qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. “Baykar” şirkətinin istehsal etdiyi məhsullar Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində böyük rol oynadı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb