Xaçmazda qəzaya uğrayan avtomobil restorana çırpılıb
Xaçmaz, 24 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “VAZ 2107” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın restorana çırpılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib. Minik avtomobili əvvəlcə bordürə, sonra isə yolun kənarındakı restoranın girişinə çırpılıb.
Hadisə nəticəsində avtomobil obyektə daxil olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.