Xankəndi, Şuşa və Xocalıda xeyli silah-sursat aşkarlanıb
Bakı, 27 avqust, AZƏRTAC
Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə avqustun 17-dən 24-dək polis əməkdaşları tərəfindən Xankəndi şəhərindən 26 avtomat silahı, 4 tapança, 7 tüfəng, 44 qumbara, 19 alışdırıcı, 2 nişangah, 2 görmə cihazı 2 mərmi, 1 trotil, 3 süngü-bıçaq, 65 patron darağı, 2275 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhərindən 1 tapança, 1 mərmi, 3 qumbara, 2 alışdırıcı, 4 patron darağı, 125 ədəd müxtəlif çaplı patron, Xocalı rayonundan 2 avtomat silahı, 4 patron darağı və 174 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:32]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [22:29]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [18:44]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]