Xatirə turnirində 10 komanda birincilik uğrunda mübarizə aparıb
Bakı, 4 may, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) tədbirlər planına müvafiq olaraq Əməkdar idman ustası, professor Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirdə 10 komanda birincilik uğrunda mübarizə aparıb.
Qaradağ Təlim İdman Bazasının stadionunda keçirilən final oyununda Bakı İxtisaslaşdırılmış Futbol Məktəbi (BİFM) və Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda BİFM-in komandası 2:1 hesabı ilə qalib gəlib. Yarışın bürünc medalına isə “Atəşgah” komandası sahib olub.
İlk üç yeri tutan komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.