Xəzər rayonunda səsvermə yüksək fəallıqla davam edir
Bakı, 23 dekabr, Xalid Məmmədov, AZƏRTAC
Bakının Xəzər rayonundakı bütün seçki məntəqələri səhər saat 8-dən etibarən qapılarını seçicilərinin üzünə açıb. Saat 10-na yaxın seçicilərin daha böyük fəallığı müşahidə olunurdu.
13 saylı Xəzər - Pirallahı seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi 36 məntəqədə fəallıq yüksək idi. Bu məntəqələrdə 300-dən çox yerli müşahidəçi səsvermə prosesini izləyirdi.
13 saylı Xəzər - Pirallahı seçki dairəsi dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov AZƏRTAC-a bildirib ki, saat 10.00-dək 43713 seçicidən 2743 nəfər istədiyi namizədə səs verib. Heç bir qanun pozuntusu müşahidə olunmayıb və seçicilər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.
921 seçicinin səs verəcəyi 1 saylı seçki məntəqəsinin sədri Failə Rüstəmova deyib ki, saat 10.00-dək 67 nəfər istədiyi namizədə səs verib. Qanunazidd hallara rast gəlinməyib, seçkinin bütün qaydalarına əməl olunur.
14 saylı Xəzər seçki dairəsi dairə seçki komissiyasının sədri İmran Qəmbərov bildirib ki, 43924 seçici 35 məntəqədə səs verir. Saat 10:00-dək 4510 nəfər öz seçimini edib. Müxtəlif siyasi partiyaların və bitərəflərin nümayəndələrinə seçki prosesini izləmək üçün hər cür şərait yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]