“Xocalı faciəsi dünyanın gözü ilə” adlı tədbir-sərgi keçiriləcək
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Xocalı faciəsi dünyanın gözü ilə” adlı tədbir-sərgi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə 30 fotoşəkil nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru, Xocalı faciəsinin canlı şahidləri çıxış edəcəklər, Xocalı şəhəri 2 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “Xocalıya ədalət!” adlı kompozisiya nümayiş olunacaq.
Tədbirdə Xocalı şahidləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]