QAN YADDAŞI
Xocalı faciəsi qurbanlarının xatirəsi Moskvada da yad edilib
Moskva, 26 fevral, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyinin binası önündə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Moskvadakı səfirliyinin binası qarşısında Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən 1992-ci ildə törədilmiş soyqırımını əks etdirən fotoşəkillərdən ibarət stend quraşdırılıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Rusiyadakı Azərbaycan diasporunun, Rusiya Azərbaycanlı Gənclər Birliyi, ictimaiyyətin nümayəndələri soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar. Stendin qarşısına gül dəstələri və əklillər qoyulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva