XOCALI ŞƏHİDLƏRİNİN XATİRƏSİ KİYEVDƏ DƏ ANILMIŞDIR
Fevralın 28-də Kiyev məscidində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş cümə namazı qılınmışdır. Ukrayna müsəlman icmasının təşkil etdiyi mərasim həmyerlimiz hacı Şakir Yəhyayevin başçılığı ilə keçirilmişdir.
Dünyanın 15 ölkəsindən olan müsəlmanlar faciə ilə əlaqədar azərbaycanlı din qardaşlarına dərin hüznlə başsağlığı vermişlər.
Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xülasəsi, Xocalı qaçqınlarının dünya ictimaiyyətinə, respublikamızdakı dini konfessiyaların başçılarının dünya dövlətlərinin, parlamentlərin başçılarına, din xadimlərinə və beynəlxalq təşkilatlara ünvanlanmış müraciətləri dindarlar arasında yayılmışdır.
Martın 1-də Kiyevdəki müsəlman icmasının binasında “Xocalı faciəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə həmvətənlərimiz ilə yanaşı, Krım, Kazan tatarları, Yaxın Şərq ölkələrinin nümayəndələri də iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]