Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
Ağsu, 25 fevral (AZƏRTAC). Ağsuda Xocalı faciəsinin 20-ci ildönümü dərin hüznlə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən yığıncağı rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açmış, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İcra hakimiyyətinin başçısı Xocalı soyqırımını törətməklə erməni millətçilərinin həm də xalqımızın mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın işğalı ilə barışmağa məcbur etmək kimi məkrli niyyətlərinin baş tutmadığını, əksinə, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə əzmini artırdığını söyləmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəyevanın “Xocalı soyqırımı əsrin qanlı faciəsidir” mövzusunda məruzəsi dinlənilmiş, Xocalıdan olan məcburi köçkün Əmrah Məmmədov və başqaları çıxış etmişlər.
Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən dırnağadək silahlanmış ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin köməyi ilə Xocalıya basqın edərək dinc sakinlərə qarşı görünməmiş qətliam törətmişlər.
Tədbirdə Xocalı soyqırımının dünya ictimaiyyətinə tam çılpaqlığı ilə çatdırılmasının zəruriliyi diqqətə çatdırılmışdır.
Sonda yığıncaq iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]