QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib
Bakı, 26 fevral, AZƏRTAC
“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə paytaxt və regionlarda ağacəkmə aksiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiya ölkədə tətbiq edilən karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil olunub.
Aksiyada müxtəlif təşkilatları təmsil edən könüllülər iştirak ediblər.