“Xocalıya ədalət” kampaniyası çərçivəsində Kiyevdə etiraz aksiyası keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, fevralın 26-da Kiyevdə İslam Konfransı Gənclər Forumu və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) birgə təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində etiraz aksiyası keçirilmişdir.
Ukraynada yaşayan azərbaycanlı gənclər BMT-nin və ATƏT-in Kiyevdə fəaliyyət göstərən nümayəndəlikləri qarşısında mitinq keçirərək indiyədək erməni vəhşiliklərinə göz yuman beynəlxalq təşkilatlardan ikili standartlardan əl çəkməyi tələb emişlər. Onlar BMT və ATƏT-i Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar verməyə səsləmişlər .
Aksiyada “Erməni terrorizminə son qoyulsun!”, “Qarabağ Azərbaycan torpağıdır!”, “Beynəlxalq təşkilatlar Xocalı soyqrımına hüquqi siyasi qiymət verməlidir!” və s. kimi şüarlar səsləndirilmişdir.
UAGB-nin sədri Anar Tahirov Ukraynada yaşayan gənclər tərəfindən hazırlanmış qətnaməni BMT və ATƏT-in nümayəndəliklərinə təqdim etmişdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]

