Yanvar-fevral aylarında 65 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
Bakı, 15 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında 65 min 142 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 30 min 115 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.
İki ay ərzində 1 625 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm agentliyin Peşə Hazırlığı mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib.
Digər bir istiqamət olaraq 33 min 402 şəxsə peşəyönümü xidmətlər göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
- 14.10.2026 [10:39]