CƏMİYYƏT
Yanvar-iyun aylarında Azərbaycanda 22 mindən çox nikah qeydə alınıb
Bakı, 14 avqust, AZƏRTAC
Yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 min 250 nikah və 10 min 430 boşanma halı qeydə alınıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,4), Qarabağ (5,3), Qazax-Tovuz və Mil-Muğan (4,7), Bakı şəhəri, Dağlıq Şirvan və Lənkəran-Astara (4,6), Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran (4,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,4) yüksək olub.
Bu ilin ilk altı ayı ərzində, həmçinin Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1487 nəfər gələn, ölkədən isə 1171 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 316 nəfər təşkil edib.